Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət


15.03.2021  14:38 

Ermənilər Qafandan geri çəkilir? - Qalmaqallı video yayıldı





A+  A-

Sosial şəbəkələrin erməni seqmentində Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Qafan şəhəri yaxınlığında hərbçilərin acınacaqlı vəziyyəti barədə yayılan video geniş rezonans doğurub. Ermənistanın hərbi polisi və prokurorluğu məsələ ilə bağlı istintaq başladıb, post komandiri isə hərbi polis tərəfindən saxlanılıb.
XəzərNews.az Haqqın.az-a istinadən xəbər verir ki, Ermənistan KİV orqanlarında yayılan məlumata görə, videoda bir qrup hərbçi postlarındakı vəziyyətin acınacaqlı olduğunu, radio və digər lazımi cihazların olmadığını bildirib.

“Qafan onsuz da təslim olduğu üçün geri çəkilməyimiz əmr edilib. Hər tərəfdə türklərdir (azərbaycanlılar - red.), üç tərəfdə onların postları yerləşir. Hər postda 50-60 nəfər var və bizdə isə cəmi 9 nəfər”, - deyə erməni hərbçilərdən biri qeyd edib.

“Qafanın təslim olması” ilə bağlı qalmaqallı videonun çəkildiyi nəzarət məntəqəsinin komandiri gecə yarısı hərbi polisə çağırılıb. Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbuk səhifəsində məlumat verib.

“Bir çoxunuz bu gün Qafandakı mövqelərimizdən biri ilə bağlı məsələləri gündəmə gətirən videoya baxmısınız. Nəzarət məntəqəsinin komandiri Artak Arutyunyan gecəyarısı hərbi polisə çağırılıb. İndi birlikdə gedirik”,- deyə Melikyan qeyd edib.

Hüquq müdafiəçisi bildirib ki, polisə çağırılmanın səbəbi tam olaraq açıqlanmayıb. Belə ki, problemin ictimailəşdirildikdən sonra yerli hökumət tərəfindən qismən həll edildiyi bildirilirdi.

Sözügedən video 44 günlük Qarabağ müharibəsi zamanı məğlub olan erməni ordusunun qalıqlarının nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoşunları tez bir zamanda Ermənistanla dövlət sərhədində möhkəmlənərkən və onlar üçün təchiz edilmiş kazarmalar və müşahidə məntəqələri qurularkən Ermənistan tərəfinin sərhəd ərazilərinə nizamsız könüllü dəstələrini yerləşdirməsi bu faktı bir daha təsdiqləyir.



Xəbər 1278 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +