İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


30.01.2021  19:26 

SOCAR-la bağlı edilən dəyişiklik nəyə hesablanıb? - Rəsmi cavab





A+  A-

"Dövlət Neft Şirkətinin nə ləğv edilməsi, nə transformasiyası, nə də özəlləşdirilməsi gündəmdədir. Bunlar nəzərdə tutulmur".
XəzərNews.az xəbər verir ki, bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasınınü üzvü Rövşən Nəcəf deyib.

Real Tv-yə danışan dövlət rəsmisi bildirib ki, məqsəd Dövlət Neft Şirkətini daha güclü, beynəlxalq aləmdə daha rəqabətli etməkdir:

"Bütün bu dəyişikliklər sırf onun tarixi təkamül yolundan və həmin təkamülün doğurduğu çağırışlardan, ehtiyaclardan, yaranan zərurətlərdən irəli gəlir. Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətinin digər iri aparıcı neft-qaz şirkətləri ilə eyni səviyyədə korporotiv struktura malik olması, beynəlxalq aləmdə rəqabət qabiliyyəti olmasına yönəlmişdir.

Bütün neft-qaz şirkətləri özlərini yenidən kəşf edirlər və özlərini daha çox enerji şirkətləri kimi qələmə verməyə başlayırlar. Bu, onların öz inkişaf strategiyalarında öz əksrini tapır. Çünki uzun müddətdə alternativ enerji və digər enerji mənbələrindən istifadənin artması həmin şirkətlərin də həmin dövrə indidən uyğunlaşmasına zərurət yaradır. SOCAR-da aparılan bu struktur islahatlar şirkətin uzun müddətli rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş addımlardır".

Xəbər 2858 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +