Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


06.12.2019  20:03 

Azərbaycan gündəlik neft hasilatını azaldacaq





A+  A-

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub.
XəzərNews.az xəbər verir ki, bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb. Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə 7 min barrel də azaldacaq.

Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır.

Xəbər 2387 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +