İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


10.06.2019  16:04 

3 uşağın öldüyü partlayışa görə vəzifəli şəxslərə cinayət işi açıldı





A+  A-

Masallıda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə “Azəriqaz”ın vəzifəli şəxsləri cinayət işinə cəlb olunub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayışla bağlı xidmət rəisi İdrak Əsədli, xidmət mühəndisi Əlpənah Əhədov və nəzarətçi çilingər Məhəmməd Nuriyev təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Lakin onların heç biri istintaq dövründə həbs edilməyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin hadisə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb və martın 7-də baxılması üçün aidiyyatı üzrə Masallı rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında rayonun Sığıncaq kəndində baş verən qaz sızması nəticəsində 13 yaşlı Əli Müseyibov, 8 yaşlı qardaşı Məhəmməd Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov dünyasını dəyişib.

Qeyd edək ki, hadisədən öncə dəfələrlə “Azəriqaz”a qaz sızması olması barədə şikayət edilsə də, hər hansı tədbir görülməmişdi.

Xəbər 1466 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +