İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


05.02.2019  20:46 

Meşədən yığılan meyvələrə görə cərimə 3 dəfəyədək artırılıb - Nazirlik açıqladı





A+  A-

Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi. Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov məlumat verib. O bildirib ki, son 14 il ərzində cərimələrin məbləği çox aşağı olub. Cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir.

Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir.

Qərara edilən yeni dəyişikliklərə əsasən, meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, İtburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır.

Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb. Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s.

Xəbər 1471 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +