İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


08.12.2018  11:59 

“Şəki” restoranının sahibinin oğluna cinayət işi açılıb





A+  A-

Keçmiş deputat, “Şəki” restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.

Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.

Bu iş üzrə mülki iddiaçı kimi tanınmış Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Nazirlik R.Qəribovun dövlət büdcəsinə ödəməkdən yayındırdığı iddia etdiyi pulun ödənilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov isə nazirliyin şikayətini təmin etməyib və qərarı qüvvədə saxlayıb.

Vergilər Nazirliyi bu dəfə daha yuxarı instansiyaya müraciət edib. Ali Məhkəmə dekabrın 5-də işə baxıb. Cinayət Kollegiyasının hakimi Tahir Kazımov da nazirliyə “yox” deyərək kassasiya şikayətini təmin etməyib.

Xəbər 1504 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +