Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


26.04.2017  20:16 

Goranboyda daha bir qəribə toy - Meymunla qız evlənib...





A+  A-

Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, “Galib Group” MMC-nin rəhbəri Qalib Mustafayevin Doberman cinsindən olan itlərinin şərəfinə qurduğu toy məclisi geniş müzakirə mövzusu olaraq qalır.
Bu hadisə ətrafınfa müzakirələr davam edərkən, məlum olub ki, Goranboyda heyvanlara “toy” çaldırmaq ənənəsi çoxdan mövcuddur.

XəzərNews.az xəbər verir ki, bu haqda Modern.az-a hazırda Goranboyda yaşayan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev bildirib. O, deyib ki, həmin xoşagəlməz hadisəni gerçəkləşdirən adam da vaxtilə Milli Qəhrəman olub:

“İllər əvvəl Rasim Əkbərov meymunla gənc qızı evləndirmişdi. O hadisənin kasetləri əllərdə gəzirdi. Goranboyda onu çox qınadılar. O vaxt dövlətə qarşı çıxışlar etmişdi, keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdi. Hətta məhkəmədə də ifadəm zamanı bildrimişdim ki, adam nə qədər alçaq olar ki, azərbaycanlı qızı meymunla evləndirsin”.

M. Abdullayev deyib ki, R.Əkbərov 7 il həbs yatandan sonra çıxıb, hazırda rayonda yaşayır.

Xatırladaq ki, Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri R.Əkbərova Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə eks-prezident Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Lakin R. Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. O, həbs ediləndən sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adından məhrum edilib.

R.Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Xəbər 2086 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +