Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


17.12.2019  11:20 

Diaspor rəhbəri Zelenskinin səfərindən danışdı: “Biz bunu çoxdan gözləyirdik”





A+  A-

“Vladimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə, inkişaf etməsinə xidmət edir”.
XəzərNews.az xəbər verir ki, bu barədə “Report”a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib.

H.Cavadov deyib ki, Ukrayna prezidentinin Azərbaycana səfərini çoxdan gözlənilən idi.

Onun sözlərinə görə, hətta Zelenski dövlət başçısı seçilməzdən öncə Azərbaycan-Ukrayna münasibətlərində sanki bir soyuqluq yaranmışdı:

“Çünki Poroşenko uzun müddət Azərbaycana səfər etmədi, cənab Prezident İlham Əliyev də Ukraynaya gəlmədi. Bunun ola bilsin, müəyyən diplomatik, siyasi səbəbləri vardı. Ancaq Zelenskinin Azərbayacana, Azərbaycanın dövlət başçısına, Azərbaycan xalqına olan münasibəti bu məsələlərin tezliklə həll olunmasına gətirib çıxarmalı idi. Biz bunu çoxdan gözləyirdik. Düşünürəm ki, səfərdə Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçün həm iqtisadi, həm diplomatik səviyyədə inkişafı üçün razılaşmalar əldə olunacaq, iki dövlət arasında müqavilələr imzalanacaq. Son dövrdə Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporları birləşdi, Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasının yaradıldı. Zelenskinin Azərbaycana səfəri Ukraynada birgə hərəkət edən Koordinasiya Şurasının buradakı fəaliyyətinə də öz müsbət təsirini göstərəcək. Prezidentlər arasında olan xoş münasibət Ukraynadakı Azərbaycan diasporunun, eləcə də Azərbaycandakı Ukrayna diasporunun inkişafına öz töhfəsini verəcək. Təşkilatların fəaliyyətində daha da hərəkətlilik müşahidə olunacaq. Ukrayna Azərbaycanın hər zaman tərəfdaşı olub, hətta öz torpaqlarını itirməzdən əvvəl Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və Ermənistanın Azərbaycana qarşı aparmış olduğu işğalçı siyasətinə qarşı çıxıb. Azərbaycan da Ukraynanın seperatçılığa qarşı aparmış olduğu işlərdə hər zaman Ukraynanın yanındadır, ərazi bütövlüyünə dəstək verir. Düşünürəm ki, ölkə rəhbərlərinin görüşü bu məsələləri daha da qabardacaq, inkişaf elətdirəcək”.



Hikmət Cavadov deyib ki, Azərbaycanda Ukrayna-Azərbaycan biznes forumunun keçirilməsi də çox müsbət haldır: “İqtisadiyyatın inkişafı, iş yerlərinin açılması, ölkələrə sərmayələrin qoyulması üçün bu cür forumların keçirilməsi çox məqsədəuyğundur. İstər ukraynalı iş adamlarının, şirkətlərinin Azərbaycana sərmayə qoyması, istərsə də əksinə Azərbaycan iş adamlarının Ukraynaya yatırım etməsi hər iki dövlətin marağındadır. Bu məsələni də inkişaf etdirmək çox vacibdir. Prezidentlərin bu forumda iştirak etməsi ondan xəbər verir ki, ölkə başçıları bu məsələyə nə qədər diqqət ayırırlar və vacib sayırlar”.

Xəbər 1892 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +