Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


03.02.2023  14:22 

Tarif Şurasının səlahiyyətləri artırılıb





A+  A-

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Tarif Şurasının səlahiyyətləri artırılıb.

XəzərNews.az xəbər verir ki, Fərmana əsasən, Tarif Şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

Tarif Şurası “Qaz təchizatı haqqında” Qanununa uyğun olaraq, Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Dövlət Neft Şirkətinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödənişin məbləğlərini müəyyən edərək Prezidentə məlumat verəcək.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.


Xəbər 1200 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +