Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


30.08.2022  14:06 

“Deputatlar həyəcan təbilini çalmalıdır!” - Sabiq başçı





A+  A-

“Azərbaycanda qiymətlər kəllə-çarxa çıxıb! İstər restoranlarda , istərsə istirahət mərkəzlərində, hotellərdə, hostellərdə, istərsə də marketlərdə və bazarlarda”.

XəzərNews.az xəbər verir ki, bunu keçmiş icra başçısı Musa Musayev sosial şəbəkə hesabına yazıb.

O, bildirib ki, rayonlardakı qiymətlər Bakıdakı qiymətlərdən də bahadır:

“Çay dəsgahı 70 manat, 5 manatlıq toyuğun tabakası 16 manat, bir pors pendir 15 manat (pendirin kilosu 7 manatdır) və sairə... Sonra da gileylənirik ki, Azərbaycana turistlər az gəlir. Mütləq qiymətlərə nəzarət qurumu və yaxud bir Agentlik yaradılmalıdır! Azərbaycan vətəndaşının səbətinə uyğun qiymətlər olmalıdır.

Atalarımızın gözəl misalı var: “Ölünü özbaşına buraxmaq olmaz!”, “Məscidin qapısı açıq olanda, itdə də bir abır-həya olmalıdır!”.

Milli məclisin deputatları həyəcan təbilini çalmalıdır!”.

Xəbər 1541 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +