Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


23.07.2021  11:28 

Ermənistanın Müdafiə Nazirliyini istefa dalğası bürüyüb





A+  A-

Arşak Karapetyanın Ermənistanın müdafiə nazirinin birinci müavini təyin olunması nazirlikdə elə də xoş qarşılanmayıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, A. Karapetyanın bu vəzifəyə təyin olunmasından sonra nazirlikdə istefalar başlayıb.

Məsələ burasındadır ki, Karapetyanın hələ bu vəzifəyə təyin olunmamışdan əvvəl nazirliyin bəzi şöbələrinin rəhbərləri ilə yaxşı münasibətləri olmayıb. Bu günə qədər tərəflər arasında insidentlər, təhqirlər və s. bu kimi xoşagəlməz hallar baş verib.

İndi isə keçmişdə onunla yola getməyən şəxslər istefaya göndəriləcəkləri günü gözləmədən özləri nazirliyi tərk edirlər. Artıq istefa ərizəsini yazan şəxslər arasında əsaslı tikinti şöbəsinin müdiri, kadr və hərbi-təhsil siyasəti üzrə Baş idarənin rəisi, hüquq şöbəsinin müdiri və bir sıra digər strukturların rəhbərləri var.

Qeyd edək ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Karapetyanı ölkənin Silahlı Qüvvələrinin Baş qərargahının rəis müavini vəzifəsindən azad edərək bu vəzifəyə gətirib. Bununla bağlı müvafiq qərar iyulun 20-si verilib.

Arşak Karapetyan faktiki olaraq elə həmin gün istefa vermiş müdafiə naziri Vaqarşak Arutyunyanın səlahiyyətlərini icra edəcək.

Xəbər 2086 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +