Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


07.09.2020  23:54 

Reina terrorçusuna 1368 il həbs cəzası verildi





A+  A-

2017-ci ildə İstanbulun Ortaköy rayonunda Reina gecə klubunda yeni il axşamı terror törədən Özbəkistan vətəndaşı Abdulqadir Maşaripova hökm oxunub.
XəzərNews.az Türkiyə mediasına isitnadən xəbər verir ki, hökmə əsasən terrorçuya 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Maşaripov ümumilikdə 1368 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, terror zamanı 39 nəfər dünyasını dəyişmiş, 79 nəfər isə yaralanmışdı. Ölənlər arasında İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Livan, Liviya, İsrail vətəndaşları da var idi. Terror zamanı Rusiya vətəndaşı olan azərbaycanlı Nuranə Həsənova da dünyasını dəyişmişdi.

2 min xüsusi təyinatlının iştirakı ilə keçirilmiş 4 əməliyyatdan son anda qurtulan Maşaripov hadisədən 17 gün sonra Esenyurtda bir evdə tutulmuşdu.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.

Xəbər 2064 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +