Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


07.09.2020  15:32 

Zaxarovanın bu paylaşımına görə səfir Serbiya XİN-ə çağırıldı





A+  A-

Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ-a səfəri ilə əlaqədar feysbukdakı paylaşımı ilə bağlı izah verməsi üçün Serbiya Xarici İşlər Nazirliyinə dəvət edilib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zaxarova Vuçiçinin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşdə Amerika liderinin yanında stulda əyləşməsini görüntələyən foto ilə məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrdan fotonu kollaj edərək belə şərh verib: “Əgər sizi Ağ Evə çağırıb stulu bu cür sorğuya çəkirmişcəsinə qoyurlarsa, kim olmağınızdan asılı olmayaraq 2-ci şəkildəki kimi əyləşin, sadəcə inanın”.

Serbiya Prezidenti Zaxarovanın paylaşımına sərt reaksiya göstərərək bunu “primitivizm və pis davranış” kimi qiymətləndirib.

Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvica Daçiç Rusiya səfiri ilə görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ona zəng etdiyini bildirib. O qeyd edib ki, Zaxarovanın paylaşımı iki ölkə arasındakı münasibətlərdə lazımsız gərginlik yaradıb. Bu səbəbdən Lavrovun iştirakının xüsusilə vacib olduğu qeyd edilib.

“Rusiya diplomatiyasında birinci şəxs olan Lavrovun vəziyyətin həllində iştirakı mənim üçün xoş və vacibdir”,- deyə Serbiya XİN rəhbəri qeyd edib.

Mariya Zaxarova isə daha sonra üzr istəyərək paylaşımın səhv anlaşıldığını bildirib.



Xəbər 1898 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +