Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


15.08.2019  15:18 

“Qızlarını həkimə aparmırlar ki, görən olar, qız evdə qalar”





A+  A-

“Bizdə gənc qızları tibbi müayinədən keçirmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkimin sözlərinə görə, heç oğlanlar da tibbi müayinəyə meyilli deyil:

“Ailələr düşünür ki, birdən görən olar, qız evdə qalar. Nəticədə bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır. Xüsusilə də, son illərin bəlası-sonsuzluq. Ailə qurulur, tez də dağılır.

Kişi sonsuzluğu sürətlə artır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq səhv yanaşmadır. Oğlanlarda problemlər heç də az deyil.

VVAQ üçün olan məcburi müayinələr təqdir olunasıdır, amma spektr dardır. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz ailə chek up-ından keçirilsin, ciddi problemlər vaxtında aşkarlansın”.

Xəbər 2086 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +