Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


03.01.2019  18:34 

Qardaşı arvadını öldürən şəxs barəsində cinayət işi AÇILDI





A+  A-

Yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsi, Təzəkənd kəndində yaşayan Məmmədova Əqidə Mirzəkişi qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Abşeron rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə Cinayət işi üzrə şahidlərin ifadələri alınıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədov Rafiq Həsənoviçin qeyd edilən tarixdə saat 16 radələrində aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində qardaşı arvadı Ə.Məmmədovanı küt alətlərlə baş nahiyəsinə vurmaqla qəsdən öldürməsində əsaslı şübhələr müəyyən olunduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbər 1375 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +