Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


03.01.2019  12:32 

İran “İnstagram”ı qadağan etdi





A+  A-

İran məhkəməsi “İnstagram” sosial şəbəkəsini bağlamaqla bağlı qərar qəbul edib.
XəzərNews.az xəbər verir ki, İran baş prokurorunun köməkçisi Cevad Cavidniya məhkəmə qərarının hələ tətbiq edilmədiyini açıqlayıb. Cavidniya hökumətin ağıllı filtrləmədən istifadə etməklə “İnstagram”a bəzi məhdudiyyətlərin gətirilməsi üçün xeyli maliyyə xərclədiyini, lakin nəticə əldə edilmədiyini qeyd edib.

İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cevad Azəri Cehromi də məsələyə aydınlıq gətirib: “İnstagrama girişin qadağan edilməsinin xalqın yaşamına və cinayət sayının azalmasına necə təsir edəcəyi ictimaiyyətə açıqlanmalıdır. Xalq bu qadağadan sonra nələ olacağını bilməlidir”.

Cehroni bu məsələdə xalqı inandıracaq açıqlamalar verilməli olduğunu qeyd edib.

Qeyd edək ki, İranda Facebook, Twitter kimi sosial şəbəkələrin istifadəsi də qadağan edilib.

Xəbər 1741 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +