Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


02.11.2017  09:07 

Madriddə qazanılan xal “Qarabağ”ı reytinqdə yüksəltdi





A+  A-

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda dünən keçirilən matçlardan sonra klubların UEFA reytinqində müəyyən dəyişikliklər olub.
XəzərNews.az xəbər verir ki, adıçəkilən turnirdə mübarizə aparan “Qarabağ”ın Madriddən heç-heçə (1:1) ilə dönməsi ağdamlıların aktivinə 1 xal əlavə edib.

Aktivində 20,500 xal olan Ağdam klubu bu nəticədən sonra 1 pillə irəliləyərək 65-ci yerə yüksəlib. Qurban Qurbanovun yetirmələri bu pillədə Sloveniya “Maribor”u ilə şərikdir.

Maraq üçün bildirək ki, 64-cü pillədə İtaliyanın “Milan” klubu qərarlaşıb

Təmsilçimizi evdə uda bilməyən “Atletiko” isə 1 pillə geriləyib. Madridlilər 2-ci yerdəki yerini “Bavariya”ya təhvil verib.

Qeyd edək ki, siyahıya Madridin “Real” komandası başçılıq edir.

Xəbər 1507 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +