Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


22.06.2024  13:45 

Camal Həsənovun məhkəmə prosesi başa çatıb





A+  A-

Rusiyanın Sankt-Peterburq şəhərində sifarişli qətli icra edən Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəzərnews.az xəbər verir ki, 2017-ci ilin aprelin 28-də 1975-ci il təvəllüdlü Cabir Həsənovun meyiti Sankt-Peterburq şəhəri, Lenin prospektindəki 148 nömrəli evin 6-cı blokunun qarşısında aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cabir Həsənovun ölümünə beyin toxumasının qismən dağılması, gövdə və aşağı ətrafların çoxsaylı odlu silah yaraları səbəb olub.

Camal Həsənov barəsində istintaqdan qaçıb gizləndiyi üçün 2017-ci ilin noyabrın 14-də beynəlxalq axtarış elan edilib və onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

2021-ci ilin iyunun 24-də cinayət işi Azərbaycan Baş Prokurorluğuna, oradan isə Xətai Rayon Prokurorluğuna göndərilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

Məhkəmə iclasında Camal Həsənov ittiham üzrə özünü təqsirli bilməyib. İstintaqda verdiyi ifadəsini təsdiq edərək bir daha vurğulayıb ki, heç vaxt hər hansı kriminal qruplaşmanın üzvü olmayıb. Cabir Həsənov düşmənçilik edən iki cinayətkar qrupun qarşıdurması nəticəsində qətlə yetirilib. O, Cabir Həsənovu öldürməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum olunub.//BAKU.WS



Xəbər 11096 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +