Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib


16.12.2023  02:17 

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bu gün aktuallıq kəsb edir -Politoloq





A+  A-

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bu gün aktuallıq kəsb edir. Lakin kənar qüvvələr, sülhü istəməyən güc mərkəzləri də fəaliyyətə keçiblər”.

Xəzərnews.az xəbər verir ki, bunu Konkret.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun fikirincə, Azərbaycan və Ermənistan arasında birgə dialoq nəticəsində bir sıra problemləri həll etmək mümkündür:

“Azərbaycanla Ermənistan arasında birgə bəyanat da bunu deməyə əsas verir. İkitərəfli dialoq vasitəsilə bir sıra məsələlərin həlli yeni prioritetlər formalaşdırır. Məhz bu səbəbdən Qərb ilin sonunda da, gələn ilin əvvəlində də çalışacaq ki, sülh müqaviləsi imzalanmasın. Azərbaycan çox istərdi ki, növbəti ilin 7 fevral tarixinə müəyyən edilən prezident seçkilərinə qədər Ermənistanla sülh müqaviləsi imzalansın. Bu tarixi hadisə həm də prezident seçkilərində torpaqlarımızın işğaldan azad olunması və yeni reallıqların yaranmasının müəllifi İlham Əliyevin təntənəli qələbəsilə xatırlansın. Bu əlbəttə ki, xalqımızın da istəkləri ilə üst-üstə düşür. Digər tərəfdən, növbəti ildə, hətta fevraldan sonra da sülh müqaviləsini imzalamaq mümkündür. Əsas siyasi iradə olmalı, siyasi səriştə nümayiş etdirilməli, qəti mövqe ortaya qoyulmalıdır. Kənar qüvvələr Ermənistanı alət kimi istifadə etməyə çalışacaqlar. Belə bir görüntü yaradacaqlar ki, zəif Ermənistan güclü Azərbaycanla sülh müqaviləsi imzalamamalıdır. Bu, növbəti kapitulyasiya anlamı verə bilər. Bu kimi spekulyativ anlar olacaq. Digər tərəfdən, əgər sülh müqaviləsi imzalanacaqsa, həm sərhədlərin delimitasiyası, həm də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması da razılaşdırılacaq. Qeyd etdiyim mövzular sülh müqaviləsindən sonrakı mərhələni əhatə edəcək. Çünki çox ciddi və kifayət qədər vaxt aparan məsələdir və anklavların qaytarılması məsələsi də öz həllini tapacaq. Ümumi mənzərə belə deməyə əsas verir”.


Xəbər 3736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +