Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


24.09.2018  16:27 

Azərbaycanda bu universitet fəaliyyətini dayandırır - Tələbələr köçürülür





A+  A-

Bakı İslam Universiteti fəaliyyətini dayandırır.
XəzərNews.az xəbər verir ki, bu haqda təhsil ekpseti Kamran Əsədov sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandırır: “Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələr köçürülüb”.

Bildirilib ki, tələbələr tam köçürülməyib. Hazırda onlar Dövlət İmtahan Mərkəzinə dəvət edilirlər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşıb. 2009- cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq verib. Universitetin rektoru Hacı Sabir Həsənlidir.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova xəbəri təsdiqləyib və qeyd edib ki, universitetin bağlanması haqqında müvafiq qurumlarla məsələhətləşmələr aparılıb. Bundan sonra bağlanma haqqında qərar verilib: “Builki qəbul dayandırılıb. Səbəb isə İlahiyyat İnstitutunun yaranması və eyni ixtisas üzrə pulsuz təhsilin təşkilidir. Tələbələrin hazırda köçürülmə prosesi gedir”.

Xəbər 2858 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +