Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib


23.09.2018  17:53 

Yağış suyu avtobuslara doldu - Sərnişinlər yollarda qaldı + VİDEO





A+  A-

Səhər saatlarından Bakıda müşahidə edilən leysan xarakterli yağış səbəbilə bir neçə avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yollarda qalıb.
Bu barədə XəzərNews.az-a sərnişinlər məlumat verib. Onların bildirdiyinə görə, 7 A və 7 B nömrəli avtobusların içərisinə su dolub. Bu səbəbdən də avtobuslarda texniki nasazlıq yaranıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a faktı təsdiqləyib:

“Hazırda mən özüm də ərazidəyəm. Bu cür çətinlik əsasən Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçələrinin kəsişməsində müşahidə edilirdi. Hazırda ərazidə su çəkildiyindən hərəkət bərpa edilib. Lakin səhər saatlarında baş verən subasma ilə əlaqədar 7A və 7B müntəzəm sərnişindaşıma marşrut xətləri üzrə bir neçə avtobusda texniki nasazlıq yaranıb. Hazırda texniki personal ərazidədir və avtobusların xəttə buraxılması üçün çalışırlar. Ümumilikdə qeyri-iş günü olduğundan, marşrut xəttinin fəaliyyətində o qədər də çətinlik müşahidə olunmur. Hərəkətdə olan avtobuslarla hərəkət tənzimlənir”.

M.Ağayev bildirib ki, avtobusların döşəməsi standatlara uyğundur, sadəcə yollarda su yığıldığından belə problem yaşanıb.

“Hazırda bir sıra küçə və prospektlərdə, xüsusən də Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb”,-deyə BNA rəsmisi qeyd edib.





Xəbər 3214 dəfə oxunub.





01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +