Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


25.06.2025  10:50 

Yasamalda qanunsuz tikinti... - Rəsmilər niyə susur?





A+  A-

Yasamal rayonu, Şərifzadə küçəsində növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a müraciət edən sakinlər bildirirlər ki, sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir və bu, ərazidə yaşayan insanların narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, tikinti işlərinə bayramqabağı - nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu, Bakıdakı “klassik sxem”dir: tikinti ya şənbə-bazar günləri, ya da uzunmüddətli istirahət günlərində həyata keçirilir ki, nə yerli icra hakimiyyəti, nə də şəhərsalma qurumları müdaxilə edə bilsin.

Məqsəd isə açıqdır - qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq.

Yasamalda bu ilk deyil.

Məlumat üçün qeyd edək ki, son illər ərzində Yasamal rayonu qanunsuz tikililərin ən çox qeydə alındığı ərazilərdən birinə çevrilib. Həm çoxmərtəbəli yaşayış binaları, həm də fərdi tikililər tez-tez qanunvericiliyin tələbləri pozularaq inşa edilir. Maraqlıdır ki, bu proseslərin çoxu ya “gözəgörünməz” məmurların himayəsi altında, ya da nəzarətsiz şəraitdə baş tutur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər bir tikinti işinə başlamazdan əvvəl müvafiq icazə sənədləri alınmalı, layihələr təsdiqlənməli və ətraf mühitə, təhlükəsizlik qaydalarına uyğunluq təmin olunmalıdır. Lakin Yasamalda bu tələblər açıq şəkildə pozulur. Hazırda da tikinti aparılan ərazidə nə lövhə var, nə də məlumatlandırıcı sənəd.

Qonşular bildirirlər ki, tikintidən yayılan səs-küy, toz-torpaq onların gündəlik həyatına ciddi təsir göstərir. Eyni zamanda bu tip tikililər bəzən istismar üçün yararsız, texniki təhlükəsizlik baxımından problemli olur və gələcəkdə insan həyatı üçün risk daşıyır.

Yazıdakı fotolar isə bir daha sübut edir ki, ölkə rəhbərliyinin “qanunsuzluğa qarşı sıfır tolerantlıq” çağırışları bəzi rayonlarda ya eşidilmir, ya da bilərəkdən qulaqardına vurulur.

Məsələ ilə bağlı Tribunainfo.az olaraq Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbər 477 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +