Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


23.01.2019  18:45 

Polis narkotik alverçilərini saxladı





A+  A-

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakinləri Ülvi Əliyev, Mehman Mərdanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Cəbiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən narkotik vasitələr aşkar edilərək götürülüb.

Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan da narkotik vasitə olan heroin götürülüb.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Mübariz Abbasovdan narkotik vasitə olan heroin və elektron tərəzi, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan Köhünlü kənd sakini Ənvər Mikayılovdan marixuana aşkar edilərək götürülüb.

Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kənd sakini, əvvəllər məhkum olunmuş Mehman Umudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramazan Bayramov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər 1462 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +