Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


22.12.2017  21:03 

YAP-ın rayon təşkilatları və “Veysəloğlu“ əsgərləri ziyarət ediblər





A+  A-

Veysəloğlu Şirkətlər Qrupu və Yeni Azərbaycan Partiyası (YAP) Nizami, Nəsimi və Nərimanov rayonu təşkilatlarının birgə təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də yeni il bayramı öncəsi Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub, əsgər və zabitlərlə görüş keçiriblər.
XəzərNews.az xəbər verir ki, əvvəlcə qonaqlar cəbhəyanı və cəbhədə xidmət göstərən əsgərlərimizin məişət şəraiti ilə maraqlanıb, hərbi hissədə əsgərlər üçün yataqxana və yeməkxanada yaradılmış şaraiti qonaqlara əyani olaraq tanış olublar.
Qeyd edək ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.
Görüşdə Bakının orta məktəblərində təhsil alan şagirdlərin ürək sözlərinin əks olunduğu məktublar əsgərlərə paylanılıb. Əsgərlər aldıqları məktubu yerindəcə oxuyaraq, böyük qürur hissi keçirdiklərini və ruhlandıqlarını bildiriblər.
Sonda Veysəloğlu Şirkətlər Qrupunun əsgərlər üçün göndərilən bayram sovqatı onlara təqdim olunub, qarşıdan gələn bayramları təbrik edilib.




Xəbər 1639 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +