Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


09.10.2017  09:17 

Sərnişinlər qapıdan sallanıb gedir - Bakıda təhlükəli anlar + VİDEO





A+  A-

Bakıda sərnişin avtobusunda sərnişinlər öz həyatlarını təhlükəyə atıblar.
XəzərNews.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, görüntülər 20 yanvar metrosunun yanından Abşeronun Pirəkəşkül qəsəbəsinə gedən 114 nömrəli marşrutda çəkilib.

Avtobusdan istifadə edən sərnişinlər deyir ki, belə hallar axşam saatlarında, sıxlıq müşahidə olunan zaman baş verir.

Məsələ ilə bağlı marşrut xəttinin sahibkarı bildirib ki, həmin vaxt avtobusa minmək üçün çoxlu sayda insan axın etdiyinə görə, avtobusun qapısında nasazlıq yaranıb və o bağlanmayıb:

“Bundan istifadə edən bir qrup sərnişin isə sürücünün tələbinə baxmayaraq avtobusdan sallanıb getməkdə davam ediblər. Ancaq sərnişinlər daşındıqdan sonra həmin avtobus təmirə göndərilib və onun qapısındakı nasazlıq aradan qaldırılıb”, - deyə sahibkar bildirib.

Marşrut xəttinin sahibi belə hadisələrlə qarşılaşan zaman vətəndaşları avtobusun içərisində qoyulan mobil nömrəyə zəng etməyi və öz şikayət və təkliflərini bildirməyi tövsiyyə edib.


Xəbər 1535 dəfə oxunub.





05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +