Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


12.04.2017  21:09 

“30 yaşım var, məni kim alacaq?” - Eks-sevgilisini məhkəməyə verən qız





A+  A-

Bakı sakini qeyri-adi iddia ilə müraciət edib.
XəzərNews.az "XezerXeber.az-a istinadən xəbər verir ki, 30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib. Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.

30 yaşlı V.Ə iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib. Ailə quracaqlarına inandırıb. Son vaxtlarda isə sözündən geri çəkilib.

Qadin deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.
Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də hüquqlarının bərpa olunmasını istəyir.

İlk dəfə qarşılaşdığımız bu məsələni ictimaiyyətlə müzakirəyə çıxardıq.

Məsələyə peşəkar münasibətə gəlincə isə, hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Ailə Məcəlləsinə görə evlilik könüllü prinsiplər əsasında həyata keçirilir. Kimsə nikaha girməkdən vaz keçirsə, buna görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi doğru deyil.

Hüquqşünas bildirir ki, indiki halda qadın məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edə bilər. Amma belə hallarda iddianı sübut etmək də çətin olur.


Xəbər 1803 dəfə oxunub.





05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +