Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


20.02.2025  11:47 

“Rolls Royce“un sahibi bəlli oldu - Foto





A+  A-

Bakıda hərraca çıxarılacaq "Rolls Royce"un sahibi bəlli olub.

XəzərNews.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına görə, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil Azərbaycanlı iş adamı, “Eurohome” ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova aiddir. Dövlət nömrə nişanındakı “AF” hərfləri bunu ifadə edir.

Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin, "AF Hotel Aqua Park"ın, "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.



Qeyd edək ki, ötən gün Bakıda "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib.

Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək.

Xatırladaq ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Xəbər 1244 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +