Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


16.01.2024  13:59 

Zambiyada vəba epidemiyasından həlak olanların sayı açıqlanıb





A+  A-

Zambiyada vəba epidemiyasından ölənlərin sayı 374-ə yüksəlib.

Xəzərnews.az xarici mediaya istinadən xəbər verir ki, səhiyyə naziri Silvia Masebo jurnalistlərə bildirib ki, vəba epidemiyası 2023-cü ilin oktyabr ayından bu yana ölkənin 116 regionundan 45-nə təsir edib.

Ölkədə son 24 saatda 12 nəfərin vəbadan öldüyünü qeyd edən Masebo 431 epidemiyaya yoluxan aşkarlandığını bildirib.

Beləliklə, 2023-cü ilin oktyabr ayından ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 374-ə çatıb.

"Son 24 saat ərzində müxtəlif müalicə mərkəzlərindən 363 xəstəni evə buraxdıq. Bu rəqəm 388 xəstənin evə buraxıldığı bazar günü və 400 xəstənin evə buraxıldığı şənbə günündən bir qədər aşağıdır", - deyə nazir qeyd edib.

Masebo Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş 1,4 milyon dozadan ibarət 1,7 milyon ağızdan vəba peyvəndinin ilk partiyasını aldıqlarını bildirib.

Əlavə olaraq, səhiyyə naziri ölkənin müxtəlif bölgələrinə təsir edən fövqəladə hallara uğurla cavab vermək üçün vaxtaşırı ağızdan vəba peyvəndlərindən istifadə etdiklərini deyib.


Xəbər 2308 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +