Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


24.02.2023  14:54 

Zelenski NATO sammitinə dəvət olundu





A+  A-

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskini alyansın növbəti sammitində iştirak etməyə dəvət edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Estoniyanın Tallində şəhərində keçirdiyi mətbuat konfransında baş katib özü bildirib.

O, qeyd edib ki, Zelenskinin sammitdə iştirakına ümid edir, lakin hər şey o zamankı hadisələrin inkişafından asılıdır.

"Prezident Zelenskini iyulda keçiriləcək NATO sammitində iştirak etməyə dəvət etdim. Ümid edirəm ki, o, şəxsən orada ola bilər, amma bu, əlbəttə ki, vəziyyətdən asılıdır, çünki bu ölkəyə genişmiqyaslı işğaldan sonra ciddi müharibə gedir”, -deyə Stoltenberq bildirib.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.


Xəbər 2356 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +