Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


18.12.2022  17:36 

Masallılı güləşçi 6 ölkənin yeniyetmələri arasında çempion olub





A+  A-

Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri keçirilir.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi yarışda yunan-romaçımız Əmrah Əmrahov 45 kiloqram çəki dərəcəsində uğurlu nəticə göstərib. 15 yaşlı Azərbaycan təmsilçisi bütün rəqiblərinə qalib gələrək çempion olub.

Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.

Dekabrın 16-dan 19-dək davam edən turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.

​Məlumat üçün bildirək ki, hazırda yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü olan Əmrah Əmrahov Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki​ Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.

Akif AĞAYEV,
MASALLI.




Xəbər 3153 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +