Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


16.08.2022  10:39 

Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı?





A+  A-

Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının intim görüntülərinin indiki məqamda yayılması təsadüf hesab oluna bilməz. 8 il əvvəl lentə alınmış video görünür bu vaxta qədər hansısa qrupların əlində kompromat kimi saxlanılıb.

Azərbaycanda bu kimi ifşaedici materiallar yayılandan sonra adətən həmin materialın “aktyorları” olan qurumlarda ciddi dəyişikliklər baş verir. Söhbət təkcə intim görüntülərdən getmir. Rüşvət və korrupsiya videoları, məmur davranışları, qanundan kənar hərəkətlər əksər hallarda böyük dəyişikliklərin siqnalı olub.

Azərbaycanda uzun müddət yüksək vəzifə tutan şəxslərdən biri məhz FH naziri Kəmaləddin Heydərovdur.

Düzdür, nazir həm nüfuz, həm maliyyə, həm də avtoritet baxımından əvvəlki qədər əzəmətli görünmür. Bununla belə o hələ də böyük güc hesab olunur. Gömrük Komitəsinin uzun illər Heydərovun patronluğu altında olması da heç kimə sirr deyil. O, komitə sədrindən uzaqlaşandan sonra da bu quruma təsir imkanlarını əlində saxlamışdı.

İndi DGK-da baş verən həbslər, aparılan istintaq hərəkətləri, rəhbərlik dəyişiklikləri həyata keçirilən bir zamanda bu videonun ortaya çıxması Heydərov üçün “sonuncu dayanacağa” çatmasının anonsu da ola bilər.

Yəni böyük ehtimalla hədəfdəki həmin videodakı məmur cütlük yox, elə K. Heydərovun özüdür./“Yeni Sabah”



Xəbər 2799 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +