Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


22.12.2021  13:40 

“40 yaşlı əmi 13 yaşlı qardaşı qızını necə qaçıra bilər“ - Komtə sədri şokda





A+  A-

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda azyaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, komitə sədri bildirib ki, bu hadisəni təəssüflə qarşılayıb: "Hər gün yeni sürprizlə qarşılaşırıq. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu, ağılasığmayan məsələdir. Belə məsələlərə hüquqi müstəvidə cavab verməliyik. Cəzalanmanı cəmiyyət də adekvat qəbul etməlidir.

Biz rast gəlirik ki, cəmiyyət komitənin kimisə cəzalandırmağını ailə qurmağa maneə kimi qiymətləndirir. Yevlaxda olan məsələ də komitənin diqqətindədir. Baş verən andan məsələyə müdaxilə etmişik. Hüquq-mühafizə orqanları ilə birgə bu prosesə cəlb olunmuşuq. İndiki halda hüquqi dəyərləndirmədən sonra biz onun psixoloji durumu və gələcək taleyi ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik"

Komitə sədri Ağdamda X sinif şagirdi olan qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: "Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür".

Xatırladaq ki, Yevlaxda 40-dan çox yaşı olan əmi 13 yaşlı qardaşı qızını qaçıraraq ona qarşı zorakı hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3 (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər 2884 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +