Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


21.12.2021  10:53 

Boksçularımız Ukraynadan 3 medalla qayıtdı





A+  A-

Ukraynada yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir keçirilib.

XəzərNews.az Newsport.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycan idmançıları da qüvvəsini sınayıb


“Abşeron” klubunun üzvləri Vətənə 3 medalla qayıdıblar.

Komandanın baş məşqçisi Orxan Mehdiyev saytımıza açıqlamasında bunları deyib: “Əsasən gənc və yeniyetmə boksçulara üstünlük verdik. İlk dəfə belə böyük yarışda iştirak etməyimizə baxmayaraq, vətənə 3 medalla döndük. Hər 3 idmançıdan gələcəkdə böyük uğurlar gözləyirik. Bu yarışda özlərini doğrultdular, gələcəkdə daha yaxşı olacaq. Məqsədimiz gənc idmançıları bu yarışa aparmaq və onların nəyə qadir olduğunu görmək idi. Bizim gözlədiyimizdən də yaxşı nəticə qazandılar. Gələcəkdə əsas məqsədimiz Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil etməkdir. Buna nail olacağımıza, bayrağımızı yüksəldəcəyimizə inanıram”.



Turnirin bürünc mükafatçısı Hüseyn Orucov ilk dəfə xaricdə beynəlxalq yarışda iştirak etdiyini və medal qazandığını deyib: “Yarış yüksək səviyyədə keçdi və yaxşı rəqiblər var idi. Amma öz gücümü göstərib medal qazana bildim. Buna görə çox sevinirəm. Məqsədim daha böyük nailiyyətlər əldə etməkdir. Dünya arenalarında bayrağımızı yüksəltməyə çalışacam. Ölkə daxilindəki yarışlarda uğur qazanmağa çalışacam ki, dünya arenalarında iştirak hüququ əldə edim, bundan yararlanım. Medallar qazanım, sevindirim hər kəsi. Mənə dəstək olan, şans verən məşqçilərimə təşəkkür edirəm”.



Turnirdə ümumlikdə 12 ölkənin idmançıları iştirak edib.

Xəbər 3919 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +