Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


20.12.2021  23:42 

Ərdoğan yeni paketi açıqladı - dollar və avro sürətlə ucuzlaşdı





A+  A-

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Şurasının iclasından sonra yeni iqtisadiyyata keçid paketini açıqlayıb.

XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha sonra dollar sürətlə ucuzlaşıb.

Axşam saatlarında 18 lirəni keçən dolların məzənnəsi 18-dən 14,2748-ə düşüb.
Ərdoğan açıqlamasında məzənnə artımı ilə bağlı narahatlıqlarını azaltmaq istəyən vətəndaşlara yeni maliyyə alternativinin təklif edildiyini açıqlayıb.

Müvafiq olaraq, məzənnə gəliri depozit qazancından yüksək olarsa, fərq birbaşa əmanətçilərə ödəniləcək və bu gəlir vergidən azad ediləcək. Beləliklə, əmanətçilər pullarını TL-də saxlaya biləcəklər.

Avro da düşüb...

Prezidentin açıqlamasından sonra digər valyuta məzənnələrində sürətli eniş müşahidə olunub. Açıqlamalardan əvvəl pik həddi 18,3674-ə çatan dollar/TL sürətlə ucuzlaşaraq 22,3 faiz ucuzlaşıb. Beləliklə, o, 14,2748-ə düşüb.

Gün ərzində 20 lirənin üzərində bahalaşan avro isə 17 lirədən aşağı düşüb.

Kriptovalyuta bazarı da çöküb

Dolların ucuzlaşması ilə kriptovalyuta bazarı da çöküb. Bitcoin bir anda on faiz itirib. Bununla belə, altkoinlər sürətlə düşməkdə davam edir. Kriptovalyuta bazarında sikkələr indi ən aşağı qiymətlərdədir.

Xəbər 3428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +