Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


04.06.2020  11:20 

“Az qala İlhamə Quliyevaya inanmışdım” - Brilliant





A+  A-

Xalq artisti Brilliant Dadaşova mərhum müğənni İlhamə Quliyeva barədə yazdığı şərhlə gündəmə gəlib.
XəzərNews.az xəbər verir ki, sənətçi illər əvvəl Quliyevanın Xalq artisti Flora Kərimova ilə lentə alınan arxiv videosuna sərt rəy yazıb.

O, dünyasını dəyişən ifaçının Kərimovaya şər-böhtan atdığını bildirib: “Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam”.

Daha sonra F. Kərimova həmkarının şərhinin surətini öz instaqram səhifəsində paylaşaraq, B. Dadaşovanın da şərlərə məruz qaldığını vurğulayıb:

“Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu! İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Bəzən nəzərdən qaçırırlar ki, görünmək olmaq demək deyil!

Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq, qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız”.

Xəbər 3721 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +