DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib


15.11.2019  12:45 

Türkiyə şokda - Daha bir ailə intihar etdi





A+  A-

Türkiyədə daha bir ailə sianid maddəsinin qurbanı olub.
XəzərNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Bakırköy rayonunda 1-i uşaq olmaqla 3 nəfər evdə ölü şəkildə tapılıb. Ölənlərin ər-arvadla uşaqları olduğu məlum olub.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərini müəyyənləşdiriblər.

Polis əməkdaşları xüsusi geyimlərlə binanı və ətraf bölgəni yoxlamağa başlayıblar. Həmin binada zəhərli maddənin olub- olmadığını müəyyənləşdirmək üçün Afyonkarahisar Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri bölməsinin əməkdaşları hadisə yerinə dəvət ediliblər. Bina sakinləri təxliyyə edilib, küçədə hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, noyabr ayı ərzində Türkiyədə iki ailə sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş və daha bir 4 nəfərlik (ata, ana və iki uşaq) ailədir.

Xəbər 3143 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +