Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


20.12.2018  18:06 

ABŞ, Fransa, İsrail və Rusiyadan Suriya AÇIQLAMASI





A+  A-

Prezident Donald Tramp ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı açıqlama verib.
XəzərNews.az xəbər verir ki, amerikalı lider bu barədə tvitter hesabında yazıb:
"Suriyadan çıxmaq sürpriz deyildi. Aylardır bunun üçün çalışıram. 6 ay əvvəl bu niyyətimi yerinə yetirməyə qərar verdim. Amma, Suriyada bir az da daha qalmağı düşündüm. Rusiya, İran, Suriya və digərləri İŞİD-in düşmənləridir. Hamımız işləmək üçün oradayıq. İndi evə dönmə və yenidən bərpa olunmağın vaxtıdır".
ABŞ-ın ordusunu Suriyadan geri çəkəcəyinə dair qərarına Fransa və İsrail də reaksiya verib.
Fransanın müdafiə naziri Florence Parly Suriyanın terror təşkilatı İŞİD-dən tamamilə təmizlənmədiyini və Fransa əsgərlərinin hələ ki, bölgədə qalacağını bəyan edib.
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ ordusu bu ölkədən çəkildikdən sonra, Suriyada İran hədəflərinə yönəlik hücumlarını artıracağını deyib: “İranın Suriyada yerləşmə səylərinə qarşı çox aqressiv davranmağa davam edəcəyik. İran ordusuna qarşı hücumlarımızı azaltmayacağız, əksinə çoxaldacağız. Bunu ABŞ-ın tam dəstəyi və arxa çıxmasıyla edəcəyik".
Rusiya prezidenti Vladimir Putin Donald Tramp ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı açıqlamasına belə reaksiya verib: “Hələlik ABŞ rəhbərliyi bununla bağlı əmr verməyib. Əgər məndən soruşsanız ki, ABŞ ordusuna Suriyada ehtiyac varmı? Mən dərhal deyərdim ki, xeyr.
ABŞ əsgərinə ehtiyac yoxdur. ABŞ ordusunun Suriyada varlıqları qanuni deyil. Bu ölkənin ordusu ancaq Suriyaya yerləşmə qərarını Birləşmiş Milətlər Təşkilatı (BMT) və ya Suriya hökuməti verə bilər. Bu qərar da yoxdur. Amma, ABŞ bu prosedurlardan keçməmiş ordusunu Suriyada yerləşdirib".

Xəbər 2952 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +