Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


20.03.2024  10:09 

“Parodiyamıza görə kanal rəhbəri aparıcını işdən çıxartdı“





A+  A-

"Ölkə başçısının 2019-cu ildə bir sıra mədəniyyət xadimləri ilə məşhur görüşündən sonra bizə edilən təhdidlər, təzyiqlər, məhkəmə hədələri yoxdur. Sonuncu dəfə Elza Seyidcahan bizi parodiyaya görə, məhkəmə ilə hədələyib. Elza xanımın bəzi mahnıları var ki, xoşuma gəlir: "Toy" mahnısıda. Bu səpkidə davam etsəydi, bizi tənqidlərə rast gəlməzdi. Bir sözlə həmin görüşdən sonra neqativ hallar həyatımızdan yox oldu. Bu təhdidlər yeni deyil, 1990-cı illərdən var. Arxamızda dövlət durmasaydı bizim satiramız bu səviyyəyə çıxmazdı. Heç kim bizim kimi etməyib".

Xəzərnews.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Künc-bucaq" yutub layihəsində deyib. Aktyor illərlə tamaşalarına görə yaşadıqları problemlərdən danışıb:

"O vaxtlar İctimai TV-nin keçmiş rəhbəri bizdən incimişdi. Orada diktor xanım xəbərləri aparırdı. Onun qardaşı bizimlə çalışırdı. Ona görə rəhbərlik həmin xanımı işdən qovmuşdu. Bir şeir demişdik: "Açıldı yeni TV, Baxır ona nə xala, nə bibi. Çünki yoxdur heç bir fərqi. AzTV2, yoxsa İTV". Bundan incimişdi. Haradan bilək o boyda kişi balaca uşaq kimi inciyəcək və qızı işdən qovacaq.

İndi İTV dünya kanalları ilə bir səviyyədədir. Balaş Qasımov zənglərimizə cavab vermir. O, mənə hörmətsizlik edir, mən bununla məşğul olmayacağam ki... Düzünü danışacağam, İTV indi böyük işlər görür".

Xəbər 2805 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +