Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


14.06.2018  15:37 

Gürcüstan prezidenti baş nazirin istefasını anlaya bilmir





A+  A-

Gürcüstan prezidenti Georqi Marqvelaşviliyə baş nazir Georqi Kvirikaşvilinin istefası müəmmalı qalıb.
XəzərNews.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə Batumidə keçirilən 15-ci beynəlxalq “Gürcüstanın Avropa yolu” konfransında danışıb.

“Mən dörd yüksək vəzifəli şəxslə işləmişəm. Mən dəqiq deyə bilərəm ki, onların içərisində cənab Georqi işdə nə işlə məşğul olduğunu dəqiq və aydın başa düşən, ölkəni hansı istiqamətdə inkişaf etdirdiyini bilən ən rahat vəzifəli şəxs idi. Mən düşünürəm ki, bu maskarad artıq sona yetməlidir” – Marqvelaşvili eks baş nazir haqda bildirib

O həmçinin, Avropanı misal gətirərək orada hakim partiya liderlərinin baş nazir olduğunu vurğulayıb.

Bununla ölkə prezidenti hakim partiya lideri Bidzina İvanişviliyə işarə edib.

Qeyd edək ki, Gürcüstanın eks baş naziri Georgi Kvirikaşvili iyunun 13-də öz vəzifəsindən istefa verib. O bunu hakim partiya lideri Bidzina ivanişvili və tərəfdaşları arasında fundamental məsələlərdə fikir ayrılığı ilə əsaslandırıb.

Xəbər 1659 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +