200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.07.2018  10:04 

“Elmara güllə atan “ermənidir”” - İcra başçısının qardaşı





A+  A-

“Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev deyib. Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.

Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.

“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi”sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.

Xəbər 2402 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +