Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir


02.05.2023  10:41 

FHN su kəmərində qəza baş verən ərazidə - Video





A+  A-

Xəbər verdiyimiz kimi, Kür-Bakı magistral su kəmərində qəza baş verib.

XəzərNews.az xəbər veriri ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti də qəza barədə məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.



Xəbər 1086 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +