Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


03.02.2025  11:02 

“Yetim Sabir”in adamları tutuldu





A+  A-

Kriminal avtoritet “Yetim Sabir”in adamları Bakıda saxlanılıb. Onlar külli miqdarda narkotik vasitə satışı və istifadəsi ittihamı ilə həbs ediliblər. Onlardan biri saxlanılmadan bir həftə əvvəl Türkiyədə “Yetim Sabir”lə görüşdə olub.

XəzərNews.az Musavat-a istinadla xəbər verir ki, həmin şəxs 21 yaşlı Hüseyn Əliyevdir. Naxçıvanda, Babək rayonunda anadan olan Hüseyn Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

İttihama görə onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilib. Həmin gün Hüseyn Əliyevlə yanaşı daha 14 nəfər saxlanılıb. Daha sonra onlardan bir neçəsinin də üzərindən narkotik vasitə aşkar edildiyindən barələrində müvafiq maddələrlə ittiham irəli sürülüb. Saxlanılan şəxslərin də “Yetim Sabir”ə yaxınlığı olduğu bildirilir.

Hüseyn Əliyevin işi ayrıca icraata verilib. Onun sözlərinə görə hadisədən bir həftə əvvəl Türkiyədə olub. O, dostu Kamranın dəvəti ilə Türkiyəyə istirahət üçün getdiyini, “Yetim Sabir”lə də görüşdüyünü etiraf edib.

Onun ifadəsindən məlum olub ki, saxlanılanlardan 7 nəfərin üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. O da həmin şəxslərin üzərinə baxış keçirilən zaman orada olub.

İttihamla özünü təqsirli bilməyən Hüseyn Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Yetim Sabir” kimi tanınan kriminal avtoritet mərhum Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılır. Onun Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilməsi ilə bağlı xəbərlər yayılsa da öz təsdiqini tapmadı. “Yetim Sabir”in Türkiyədə olması ilə bağlı məlumatlar var.

“Yetim Sabir” son olaraq kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevlə mübahisəsi ilə gündəmə gəlmişdi. Hətta “Yetim Sabir”in “Gəncəli Firdovsi” tərəfindən bıçaqlandığı bildirilirdi.

Xəbər 1667 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +