Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


18.11.2022  18:00 

“Baş nazir olanda təyyarəmdə narkotik daşınırdı”





A+  A-

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu qatıldığı tədbirdə hökumətə qarşı sərt ittihamlar səsləndirib.

XəzərNews.az xəbər verir ki, Ə.Davudoğlu narkotiklərin Türkiyə Cümhuriyyətinə məxsus təyyarə ilə daşındığını və hətta bundan o baş nazir olarkən də istifadə edildiyini ifadə edib.

“Əgər daxili işlər naziri bu təyyarə tutulduqdan sonra hələ də o oturacaqda oturursa və Prezidentin səsi eşidilmirsə, heç kim milli ləyaqətdən danışa bilməz”, - deyə Ə.Davudoğlu bildirib.

Ə.Davudoğlunun sözlərinə Türkiyənin vitse-prezident Fuat Oktay cavab verib:

“Allahdan qorxun. Siz uzun illər bu təşkilatın üzvü, prezidentin yanında olmusunuz. Bu ölkənin baş naziri, xarici işlər naziri olmusunuz. Bunlar gələcəkdə Türkiyəyə yol göstərəcək, elə deyilmi? İçlərində bir-birinin ayağını yıxmağa çalışdıqları bu adamların Türkiyəyə heç bir xeyri olmayacaq. Türk Milləti bunu çox aydın görür”.

Lalə Zahidqızı
XəzərNews.az


Xəbər 2415 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +