Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


24.10.2022  16:53 

AzTV bu dəfə Rusiyanı hədələdi: “Başlayaq...“





A+  A-

Dünən Azərbaycan Televiziyasının “Həftə” verilişində Rusiya haqqında tənqidi fikirlər səsləndirilib.

XəzərNews.az xəbər verir ki, AzTV-nin sədri və verilişin aparıcısı Rövşən Məmmədov Rusiyanın bəzi aparıcı və kanallarının Azərbaycan əleyhinə apardığı təbliğatı cavablandırmaq qərarına gəlib.

“Medianın dövlət siyasətinin təbliğatçısı missiyasını yetirə yetirdiyini nəzərə alsaq, Rusiyanın “Birinci” kanalının ölkəmizə qarşı açıq təxribat və təhqir xarakterli tok-şounu hazırlaması adi proqram kimi yox, məhz rəsmi dairələrin fikirləri və tapşırıqları qənaətini doğurur. Əgər elədirsə, onda biz də başlayaq. Rusiyanın Ukrayna ərazisində aparığı müharibə məhz zorakılıqdır, işğalçılıq müharibəsidir, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir. Odur ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın ərazisinə qatılması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, işğal faktıdır...

Görünür, Rusiya və dırnaqarası həmkarlarımız bizdən məhz bu sözləri eşitmək istəyirdi. O zaman buyurun! Bu gün Rusiyanın Ukrayna ərazisində dinc insanların yaşadığı əraziləri bombalaması müharibə qanunlarının pozulması, insanlığa qarşı törədilən cinayətdir, bəşəri cinayət”, - R.Məmmədov bildirib.

Xəbər 2373 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +