Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


15.06.2021  18:16 

Azərbaycanda benzin istehsalı azalıb, dizel istehsalı artıb





A+  A-

Azərbaycanda 2021-ci ilin yanvar-may ayları ərzində 1 milyard 603,6 milyon manat dəyərində neft məhsulları istehsal olunub.
XəzərNews.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Bu dövr ərzində ölkədə 478,7 min ton avtomobil benzini, 1 milyon 16,6 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 5,4 faiz azalıb, dizel yanacağının istehsalı isə 9,2 faiz artıb.

Eləcə də, neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3 faiz, neft koksunun istehsalı 16,1 faiz artıb, neft bitumunun istehsalı 7,7 faiz, ağ neftin istehsalı 13,8 faiz, yanacaq mazutunun istehsalı isə 36,6 faiz azalıb.

Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 967,2 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artıb.

Xəbər 4063 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +