Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


02.10.2020  16:37 

“Azərbaycan Türkiyədən hərbi yardım istəməyib” - Çavuşoğlu





A+  A-

“Azərbaycan Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar olaraq Türkiyəyə hərbi yardım üçün müraciət etməyib, lakin zərurət yarandıqda Ankara bu yardımı göstərəcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İtaliyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Qoy Ermənistan Qarabağdan çıxsın. Biz azərbaycanlılarla bir millətik və onlara yaxın olmağımızdan daha təbii bir şey yoxdur. Azərbaycanın öz torpaqları üçün müstəqil şəkildə mübarizə aparmaq potensialı var. Biz onlardan hərbi yardım üçün heç bir müraciət almamışıq. Ancaq belə bir istək olarsa, biz buna müsbət cavab verəcəyik”,- deyə Çavuşoğlu qeyd edib.

XİN rəhbəri sülhün hər kəs üçün, ilk növbədə Ermənistanın özü üçün faydalı olacağını bildirib.

“Ermənistanı dəstəkləyənlər onu Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalıdır”,- deyə nazir bildirib.



Xəbər 4203 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +