Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


02.08.2020  10:36 

Gəncədə evdə nişan edənlər saxlanıldı





A+  A-

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.

Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Xəbər 3445 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +