Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


09.09.2019  12:20 

Bakı Baş Gömrük İdarəsində intihara cəhd - Sahibkar özünü yandırmaq istədi





A+  A-

Son günlər ölkə mətbuatında Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı özündə konkret faktları əks etdirən silsilə yazılar dərc olunur. Görünən odur ki, adıçəkilən qurum ictimai etimadı tam itirib və hazırkı rəhbərlik işdə hansısa dönüş yaratmaq iqtidarından məhrumdur.
XəzərNews.az bildirir ki, Sfera.az-a daxil olan son məlumat isə Dövlət Gömrük Komitəsindəki neqativ halların artıq heç bir əndazə tanımadığının təsdiqidir. Saytımıza daxil olan məlumatda bildirilir ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb.

Belə ki, 50 min manat rüsum ödəməsinə baxmayaraq bir aydır ki malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.

İş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istəyəndə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona mane olmağa və intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar.

Sfera.az-ın məlumatına görə hadisədən xəbər tutan DGK sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gəlib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Səfər Mehdiyev həmçinin ora toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib. Baş vermiş hadisəyə görə 16 əməkdaşın gömrük orqanlarından xaric edilməsi də daxil olan məlumatlar arasındadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər 3340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +