Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


15.05.2019  17:02 

İki hakim işdən çıxarıldı





A+  A-

Qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib. Belə ki, iclasda Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.
Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub.

Qarşıya qoyulmuş məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib.

İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Şurada “Qaynar Xətt”in yaradılması, zəruri layihələrin hazırlanması vurğulanıb.


Xəbər 3138 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +