Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


20.04.2018  22:56 

Prezident bu Dövlət Komitəsini ləğv etdi





A+  A-

Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.

Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

Xəbər 3437 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +